Xaricdə vətəndaşlıq almaq yolları
Xaricdə vətəndaşlıq almaq yolları

Avstraliya



Miqrantlar ölkəsi sayılan Avtraliyada vətəndaşlıq əldə etməyin ən sadə yolları yerli universitetə daxil olmaq, Avstraliya vətəndaşı ilə ailə həyatı qurmaq, yaxud “kenqurular ölkəsi”də biznes açmaqdan ibarətdir.


Bundan başqa, vətəndaşlıq əldə etmək istəyən miqrantlar üçün bal sistemi də formalaşıb.


Miqrantlar bir neçə göstərici üzrə bal qazana bilərlər. Bu göstəricilərdən ilki yaşla bağlıdır. Yaşı 25-32 arası olan miqrantlar daha çox bal qazanırlar. 

İkinci göstərici ixtisasla bağlıdır. Avstraliyalılar daha çox ehtiyac duyduqları  - İT mütəxəssisi, hüquqşünas, həkim və pedaqoq ixtisasına yiyələnmiş miqrantlara üstünlük verirlər. 

Ən yüksək bal iş stajı 8 ildən çox olanlara verilir. Miqrantların məhkumluğunun olmaması, orqanizmin sağlamlığı və ingilis dilini mükəmməl səviyyədə bilməsi də əlavə ballar gətirir.


ABŞ


Amerikada miqrantlar üçün vətəndaşlığa gedən yol Qrin-kartın alınması ilə başlayır. Bu kart ölkədə yaşamaq və işləmək hüququ verən sədənddir. Sənəd əldə etməyin ən asan yolu amerikalı ilə ailə həyatı qurmaqdan ibarətdir. Bu halda miqrant 5 il deyil, 3 il ABŞ-da daimi yaşadıqdan sonra vətəndaşlıq almaq üçün sənədlərini təqdim edə bilər. Başqa bir real yol Amerika şirkətlətlərindən birinə işə düzəlməkdən keçir. 

5 il müntəzəm Amerika ərazisində yaşayan şəxs müsahibə verdikdən və ABŞ-a sədaqət andı içdikdən sonra vətəndaşlıq pasportunu ala bilər.


Amerikanın vətəndaşı olmaq üçün həmin vətəndaşlığı qanuni əsaslarla almaq da mümkündür. Belə ki, 500 min dollara Qrin-kart əldə edib, ölkənin istənilən ştatında 10 nəfərdən az işçisi olmamaq şərti ilə biznes quran hər bir şəxs 2 ildən sonra ölkə vətəndaşı ola bilər.


Kipr


Böyük maliyyə imkanları olan şəxslər Avropa Birliyinin üzvü olan Cənubi Kiprdə asanlıqla vətəndaşlıq ala bilərlər. Bunun üçün adada dəyəri 2,5 milyon avrodan ucuz olmayan daşınmaz əmlak alınmalıdır. Ya da investor eyni məbləği Kiprin qiymətli kağızlarına və yerli biznesinə yatırmalıdır. Bütün bunlar, ölkə qarşısında xidmətlər sayılacaq və 4-5 aya vətəndaşlıq almağa kifayət edəcək.


Birləşmiş Ərəb Əmirlikləri 


Yaxın Şərqin ən zəngin ölkələrindən sayılan Birləşmiş Ərəb Əmirliklərində ən asan vətəndaşlıq yerli sakinlərə ərə getmiş qadınlara verilir. Lakin bu proses də xeyli vaxt aparır. Əmirliklərin vərtəndaşı ilə ailə həyatı qurmaq, 10 il bu nikahda yaşamaq və öz vətəndaşlığında imtina belə,  əcnəbi qadına vətəndaşlıq verməyə kifayət etmir. BƏƏ Daxili İşlər Nazirliyinin razılığı bu prosedurda həlledici rol oynayır. Maraqlıdır ki, bu imtiyazlar yalnız əcnəbi qadınlara aiddir. Ərəb Əmirliklərinin sakini olan qadınlarla evlənmək əcnəbi kişilərə vətəndaşlıq almaq hüququnu vermir. BƏƏ Küveyt, Bəhreyn və Oman vətəndaşlarına 3 ildən, digər ərəb ölkələrinin sakinlərinə isə 7 ildən sonra vətəndaşlıq hüququ verir.


Qalan ölkələrin vətəndaşları isə bu hüququ yalınz 30 il BƏƏ-də yaşadıqdan sonra əldə edirlər. Bu müddətdə onların əldə etdikləri gəlir, yaxud məşğul olduqları biznes önəmli olmur.


Fransa


Fransada vətəndaşlıq almaq üçün azı 5 il bu ölkədə yaşamaq lazımdır. Yerli universiteti bitirən,  yaxud yerli vətəndaşla ailə həyatı quran miqrantlara bu müddət qısaldılır. Fransanın əcnəbilərdən təşkil olunmuş Xarici Legionunda xidməti zamanı yaralanan şəxslərə isə vətəndaşlıq dərhal verilir. Amma bütün vətəndaşlıq almış şəxslər fransız dilini lazımi səviyyədə bildiklərini sübut etməlidirlər. Fransanın xeyrinə beynəlxaql yarışlarda mükafat qazanmış idmançılar da asanlaşmış şərtlərlə yerli pasporta sahiblənirlər.


Küveyt


Dünyada vətəndaşlıq almaq baxımından ən çətin ölkə Küveyt əmirliyidir. Hətta bu ölkə vətəndaşı ilə evlənmək və övlad sahibi olmaq da vətəndaşlıq almağa kifayət deyil. Küveyt vətəndaşlığını şəxsən əmir IV Sabah özü verir. Yalınz bayram günlərində vətəndaşlıq paylayan əmir ildə yalnız 20-30 miqrantı sevindirir. Miqrant Küveyt və əmir qarşısında xüsusi xidmətlərə görə, məsələn, sui-qəsd zamanı əmirin həyatını xilas etdiyinə görə vətəndaşlığa ümid edə bilər.

Bu İçeriğe Tepki Ver (en fazla 3 tepki)


Bunlarıda görmek isteyebilirsin!

Facebook Yorumları