TƏRBİYƏ HAQQINDA
TƏRBİYƏ HAQQINDA

1. Uşaqlara müstəqil qərarlar qəbuluna imkan verməmək ona səbəb olur ki, böyüdükdə başqalarının dediyi ilə oturub-durmağa, əlaltı olmağa patoloji meylli şəxsiyyət kimi yetişirlər. Müstəqil qərar imkanı uşağa limitsiz müstəqillik vermək deyil, ziyanlı və ya yaramaz işlərin pis olması onlara üsullu başa salınmalıdır. Cəzalı qadağalardan, fiziki cəza verməkdən uzaq olmalı, lazımi vərdişlərə yönəltmək üçün stimullaşdırıcı metodlardan istifadə edilməlidi. - psixoloq Lora Dessauer

2. Uşağı daim nəzarətdə saxlamaq onun tərs bir insan kimi böyüməsinə zəmin ola bilir. Daimi təzyiqlərə məruz qalan uşaqlarda tərslik - valideyn basqılarından özünü müdafiə mexanizmi kimi formalaşır və ömür boyu qalıcı ola bilər.

3. Uşaqların ata ilə sıx emosional ünsiyyətdə olması onların gələcəkdə normal intim həyat qura bilməsi üçün qarantiyadır. Doktor Nurit Nahmaninin araşdırmaları göstərib ki, ata və oğul arasında münasibətlərin sağlam olması gələcəkdə onun əks cinslə və ümumiyytətlə başqa insanlarla normal ünsiyyət qura bilməsinə əhəmiyyətli təsir göstərir.

4. TV-yə həddən çox baxan uşaqlarda canlı ünsiyyət qabiliyyəti zəif inkişaf edir. Uşaqlar valideynərlə ünsiyyətə meylli olmur. Onların sualların əsasən TV-də görüb anlamadığı məsələlərlə bağlı olur. Valideynlərin həmin sullara cavabları uşaqlar üçün əksər hallarda qaneedici olmur. Ona görə getdikcə sualları da azaldırlar. Halbuki uşaqlarda sosial vərdişlərin inkişaf etməsi məhz valideynlərlə ünsiyyətdən başlayır. Bu ünsiyyət məhsuldar deyilsə uşaqda sosial vərdişlər zəif inkişaf edir.

5. TV-də zorakılıq izləmək uşaqları zorakılığa meylli edir. Xüsusən, filmlərdə zorakılığın mükafatlandırıldığını, qəhrəmanlıq kimi aşılandığını görüncə onlar eyni hərəkətləri öz təcrübəsində təkrarlamağa meyl edirlər. Öz həmyaşıdları ilə münasibətlərdə aqressiv olur, xırda səbəblərdən fiziki zorakılıq tətbiqinə meyl göstərirlər.

6. Uşaqlara zəruri sərbəstliyin verilməsi onların açıq tipli şəxsiyyət kimi yetişməsinə rəvac verir. Ünsiyyətə meylli, mədəni mübadilə üçün açıq insan olur. – psixoloq Mark Nilsen.

7. Neqativ hərəkətlərə görə cəzalandırma uşaqların bir qismində özünü doğruldur. Digər qismi isə eyni hərəkətləri növbəti dəfə necə edim ki, üstü açılmasın – bunun üsullarını fikirləşirlər. Nəticədə belə uşaqların daha çox şeyləri valideynlərdən gizlətmək meyli yaranır ki, bu da onların həyatı üçün yüsək risk yaranması deməkdir. – Daniel Pink.

8. Uşaqlara qarşı qəddar rəftar mütləq şəkildə onlara psixi travma yetirir. London Kral kollecinin araşdırmaçıları 26 min adamı öyrənməklə müəyyən ediblər ki, uşaqlıqda müxtəlif cür qəddar rəftara məruz qalmış adamlar arasında depressiya halları iki qat daha çox rast gəlinir.

9. Oreqon univ-nin araşdırmaçıları müəyyən etmişlər ki, kasıb ailələrdə böyüyən, buna görə normal qidalanmayan uşaqlarda qısamüddətli yaddaş qabiliyyəti normadan aşağı olur. Qısamüddətli yaddaş dedikdə, məsələn, telefon nömrəsini ilk eşitdikdə yadda saxlaya bilmək qabiliyyəti nəzərdə tutulur. Bu sahədə başqa araşdırmalar göstərib ki, uşaqlıqda normal qidalanmamaq beyinin normal həcm/kütlə qazana bilməməsinə səbəb olur.

10. İllinoys univ-nin araşdırmaları müəyyən edib ki, 3-5 yaşında ikən valideynləri ayrılan uşaqlar üçün bu fakt ciddi travma doğura bilir. Uşaqlar ayrılığın günahkarı olaraq ilk növbədə atanı görürlər. Bu da tamamilə təbiidir, çünki uşaqların gözündə ata daha güclü tərəf kimi görünür. Belə hallarda əksər uşaqların sonradan ata ilə münasibətləri gərgin olur. Buna görə, 3-5 yaş arası uşağı olan ailələrə boşanmanı (faktiki ayrılmanı) təxirə salmaq tövsiyə edilir.

Bu İçeriğe Tepki Ver (en fazla 3 tepki)


Bunlarıda görmek isteyebilirsin!

Facebook Yorumları