Sarı gavalı mürəbbəsi resepti
Sarı gavalı mürəbbəsi resepti

Tərkibi:

● Şəkər tozu - 1.5 kq.

● Gavalı - 1 kq.

● Çöp (vanil) - 1 ədəd

Hazırlanması:

1) Gavalıları çəngəl ilə deşin. Ləyənə yığıb üzərinə qaynar suyu elə tökün ki, gavalıları örtsün, sonra isə otaq temperaturuna qədər soyudun;

2) 1 litr su saxlayıb, qalanını süzün. Meyvələri çıxarıb həmin suya şəkər, yarı bölünmüş vanil çöpü əlavə edib şirə bişirin;

3) Şirəni otaq hərarətinə qədər soyudub, meyvələrin üstünə tökün;

4) Sonrakı gün şirəni süzüb qaynadın və yenidən meyvələrin üzərinə tökün. Bu prosesi hər 12 saatdan bir 2 dəfə təkrar edin;

5) Bunu sonuncu dəfə etdikdə 30 dəq. vam odda bişirin. Gələn köpüyü yığmaq lazımdır;

6) Mürəbbəni soyudub sterilizə olunmuş və yaxşı qurudulmuş bankalara yığın. Bankaları kip bağlayın.

Bu İçeriğe Tepki Ver (en fazla 3 tepki)


Bunlarıda görmek isteyebilirsin!

Facebook Yorumları