Müəllif Yunis Dürüst,  “FEYSBUKUN VƏ HƏYATIN SİRLƏRİ” KİTABI barədə bəzi suallara cavab verdi.


Müəllif Yunis Dürüst, kitab barədə bəzi suallara cavab verir.

    

Kitabın adı nə dərəcədə uyğun və yerindədir?

Kitabın ilkin versiyada adı, "Feysbukun Sirləri” idi. Lakin yazılmağa başlandıqdan sonra, bəzi şeylər dəyişməyə başladı. Çünki, feysbukun sirlərini açıqlamaqdan əvvəl, həyatın sirlərini açıqlamaq gərəkirdi. Və kitabın 20-25 faizi yazıldıqdan sonra, sujet xətti və axarı dəyişdi: həyatı, virtual aspektlə birlikdə açıqlayan bir əsər ortaya çıxmağa başladı. Sırf feysbuka dair kitab yazmaq planı isə ertələnmiş oldu.

“Feysbukun və Həyatın Sirləri”- Bir çox insanlar üçün bu ad, əminəm ki, qəribə, hətta anormal görünür. Gəlin, görək bu ad, doğrudanmı qeyri-adi, ya da anormaldır?

Virtual həyatla, real həyatın, artıq bir-birindən ayrılmaz olduğunu, virtualsız həyatın demək olar ki, imkansız olduğunu söyləsəm, yəqin ki, çoxları mənimlə razılaşacaqlar. İnternetlə, hər şey, yaxud da çox şey etmək mümkündür; tanışlıqlar, məlumatlar, istirahət, maraqlar və s... 

Yaxşı, bəs, feysbuk nədir? Feysbuk, demək olar ki, internetin maketidir, kiçik versiyasıdır; dostluqlar, tanışlıqlar, informasiya almaq imkanı, musiqi, video izləmək, oyun oynamaq və s... Deməli, əslində, “internet”i, “feysbuk” sözüylə əvəz edə bilərik. Yəni, “Feysbukun və Həyatın Sirləri” ismi normaldır, burda qəribə bir şey yoxdur.

Ancaq, deyim ki, bu adı, qəribə hesab etməyin çox önəmli bir səbəbi var! İnsanlarımız, feysbuku, daha doğrusu, interneti, ciddi bir yer hesab etmirlər! Və bunun özü, qəribə və anormal bir haldır! Yəni, insanlar, həyatlarında çox böyük yer verdikləri bir şeyi, anlamsız bir şey hesab edirlər. Təsəvvür edin ki, bir adam, tutalım, hər gün məşqə, idmana gedir, amma eyni zamanda, bu işi, axmaq bir iş hesab edir. Ya da bir adam gedib kiminləsə evlənir, lakin evləndiyi adamı, mənasız şəxs hesab edir. Bax, bizim, çoxumuzun, internetə münasibəti məhz belədir; hər gün ondan istifadə edirik, ancaq eyni zamanda onu bivec, ya da ən azından neytral bir şey hesab edirik! Və problem də elə əslində bizdədir, nəinki internetdə! Bax, bu kitab elə onu anladır ki, biz təkcə virtualı deyil, həyatı anlamamışıq, həyatın özünə, başdansovdu və bivec yanaşırıq! 

Ümumiyyətlə, biz necəyik, biz kimik? Ağıllımıyıq, yoxsa yox, düşüncəlimiyik, yoxsa düşüncəsizmi? Həyatımız, yaşayışımız, davranış və qərarlarımız necədir? Biz nə edirik və hara gedirik? Bu gediş, yaxşıyamı doğrudur, yoxsa pisəmi? Düzgün qərarlar vermək və lazım olanları etmək üçün nələrə əməl etməliyik?

Bu kitab, bütün sualların, ən əsası, “Həyat nədir?” sualının cavabıdır! 

İdeyası nə zaman və necə yaranıbdır?

 Hələ 2015-ci ilin payızında yaranıbdır və o vaxtdan ciddi hazırlıqlar görülübdür. İdeyanın doğmasının çox bəsit səbəbi var; feysbuk haqqında Azərbaycanda kitab yazılmayıbdır! 

Layihənin məqsədi nədir və bu məqsədlərə nə dərəcədə çatılıbdır?

Psixoloji janrda yazılan bu kitabda, öncədən qarşıya qoyulan bütün məqsədlərə çatılıbdır; sadə və anlaşıqlı dil, obrazlılıq, maraqlılıq və məlumatverici olmaq. Bu 4 prinsipə, əsərin hər paraqrafında, hətta hər səhifəsində əməl edilibdir. Ancaq, ən əsas hədəf bu idi: bütün çətinliklərə rəğmən, ortaya, indiyəqər qoyulmamış bir kitab qoymaq! 

Kitab, öz tipi etibarilə bir ilkdir; həm təsviredici, həm də məlumatvericidir.

Qeyd etdim ki, çox böyük çətinlik və gərgin fiziki və zehni əmək hesabına bu kitabı yazdım. İlk kitabım olmasaydı, bəlkə də bu qədər həssaslıq göstərməzdim. Çünki, bu, sonrakı kitabların və mənim “vizitkartım” olmalı idi.

Kitabın perspektivi barədə nə demək olar?

Zənn edirəm ki, Azərbaycanda, ən azından son dövrlərdə belə bir kitab yazılmayıbdır. Bu, təkcə feysbuka deyil, həyata aid ilk kitabdır desəm, yəqin ki, səhv etmərəm. Düzdür, bir çox müəlliflər, yazarlar var. Bəli, məşhur olanlar var, çox oxunanlar da var, amma dərin olanlar azdır. Söhbət, psixoloji-fəlsəfi sahəmizdən gedir. 

Kitabın özü, artıq bir uğurdur. Amma, mümkün qədər çox insanın bu əsərdən xəbərdar olması üçün çalışmaq lazımdır. Bu yolda yeganə çatışmayan şey, tanınmışlıq amilidir. Hansı ki, bu işdə, xüsusən media dəstək verməlidir. Məşhur olmasam da, əvəzində kitabın dili sadə və maraqlı, üz qabığı cəlbedici və ən əsası, özü mənalıdır. 

Yarızarafat da olsa, bunu deyim: bəlkə, başqa müəlliflər, “məşhurluq kürsüsü”nü bir neçə aylığa da olsa, bəndənizə versələr, həm özlərinə yaxşılıq etmiş olarlar, həm də oxuculara... Bunu, loğvalıq kimi anlamayın, fakt budur ki, onların illərdir bacarmadığını, mən-gənc birisi, bacardım və ciddi, mənalı bir kitab ortaya çıxardım... Sözlərimi, çox iddialı hesab edə bilərsiz, ancaq ən azından bu faktdır: feysbukun populyar olduğu bu 10 il ərzində, feysbuka dair indiyəqədər hansısa açıqlayıcı bir kitab yazılmayıbdır, bu, sizcə, ilginc deyilmi?... 

Sonda bunu vurğulamaq istərdim; müəllif olaraq tam əminəm ki, bu, hər kəs üçün həm çox faydalı və həm də çox maraqlı bir əsərdir! 

Kitabı hardan əldə etmək olar?

Elmlərdə- metronun əsas çıxışı ilə üzbəüz olan “Rebus”, “Papirus”, “Ofisait” mağazalarından. Nizami metrosunun yaxınlığında- Furqan dini mağazasından. "Torqovı"da- “Ali Nino” mağazasından, həmçinin Nizami muzeyinin kitabxanasından və Prezident kitabxanasından (Kitab Evi mağazası). 28 Mayda- Kitab Evim mağazasından. Onlayn formada isə (bütün bölgələrə və ölkə xaricinə çatdırılma ilə) alinino.az və kitabevim.az saytından və Bakumoz Books səhifəsindən sifariş edə bilərsiz.

Bu İçeriğe Tepki Ver (en fazla 3 tepki)


Bunlarıda görmek isteyebilirsin!

Facebook Yorumları