Limonlu qaragiləli çizkeyk resepti
Limonlu qaragiləli çizkeyk resepti

Tərkibi:

● Şirə (limon) - 1 ç.q.

● Pendir (krem) - 200 qr.

● Rəndələnmiş qabıq (limon) - 1 ç.q.

● Yağ (kərə) - 2 x.q.

● Şəkər tozu - 0.5 st.

● Kirşan (şəkər) - 2 x.q.

● Qaymaq (çox yağlı) - 1.5 st.

● Peçenye - 300 qr.

● Qaragilə - 1/3 st.

Hazırlanması:

1) Kərə yağını əridin. Peçenyeni blenderin qabına tökün və kiçik qırıntılar halına salın. Əridilmiş kərə yağını əlavə edin və yaxşı qarışdırın. Kiçik fincana tökün;

2) Giləmeyvəni yuyun. Blenderin qabına qoyun, 1 x.q şəkər tozu əlavə edin və doğrayın;

3) 1 stəkan krem pendiri və şəkər tozunu mikserlə çalın, alınmış kütləni 2 hissəyə bölün və 2 ayrı qaba tökün;

4) Bir qaba limon şirəsi və sürtgəcdən keçirilmiş limon qabığı əlavə edin və qarışdırın. Digərinə isə şəkərlə əzilmiş qaragiləni əlavə edin;

5) Fincandakı peçenye qırıntısının üzərinə içlikləri qat-qat əlavə edin, bunu mətbəx şprisi ilə daha asan etmək olar;

6) Qalan qaymağı şəkər kirşanı ilə çalın və desertin üstünü bəzəyin. Əlavə olaraq qaragilə və rəndələnmiş limon qabığı ilə bəzəmək olar.

Bu İçeriğe Tepki Ver (en fazla 3 tepki)


Bunlarıda görmek isteyebilirsin!

Facebook Yorumları