Autoskopiya haqqında
Əksər hallarda biz yuxuları real idrak modelinə uyğun görürük: mən var, ətrafda hadisələr cərəyan edir və mən onları görürəm. Ancaq bəzən də olur ki, hadisələri “kənardan” izləyirsən. Sanki, nəvaxtsa mənim iştirakımla çəkilmiş videoya baxıram

Əksər hallarda biz yuxuları real idrak modelinə uyğun görürük: mən var, ətrafda hadisələr cərəyan edir və mən onları görürəm. Ancaq bəzən də olur ki, hadisələri “kənardan” izləyirsən. Sanki, nəvaxtsa mənim iştirakımla çəkilmiş videoya baxıram. Adam bəzən yuxuda öldüyünü, öz meyitini görə bilir. Belə yuxu görümündə adətən dəhşətli qorxu keçirib yuxudan hövlank ayılır.

Autoskopiya – bu cür illüzion görümlərin oyaq ikən baş verməsinə deyilir. Müəyyən növ psixi pozuntular üçün səciyyəvidir, lakin sağlam adamlarda da ola bilir. Xüsusən, müəyyən növ narkotik və psixotrop maddələrin qəbulu bu cür illüziyalara səbəb olur. Misal üçün, adam maddə qəbul edib oturub kresloda. Ona elə gəlir ki, bədənini tərk edib. Ayrı-ayrı adamlar belə hallarda “öz”ünü şəffaf siluet kimi, qızılı kölgə kimi, şəffaf dalğalı jele kimi və sair şəkillərdə görürlər. Məsələn, kresloda oturmuş adama elə gəlir ki, onun “öz”ü otağın tavanında sallanıb qalıb, yaxud hərəkət edir, “uçur”. Bu zaman bir halda adam “öz”ünü özündən kənarda görür, başqa halda özünə “öz”nün gözü ilə baxır. Özünü tavandan asılmış vəziyyətdə hiss edir, kresloda oturmuş bədənini görür. Adam “öz”ünün bədəndən çıxdığını, sonra qayıdıb bədəninə girdiyini də görə bilər. Sorğu olunmuş bir çox narkomanlar belə deyirlər.

Kliniki ölüm keçirmiş bəzi adamlar da autokopiya yaşadığını deyirlər. Kliniki ölüm zamanı ona elə gəlib ki, bədənini tərk edib, öz bədənini kənardan görüb.  

Elmi izahı belədir. Beyində temporoparietal qovşaq (TPJ) adlanan sahə var, onun işi insanın zaman-məkan reallığında adekvad idrakını təmin etməkdir. Həmin sahə normal işləyən zaman biz reallığı indiki kimi normal dərk edirik. Onun fəaliyyəti pozulduqda isə bir sıra illüziyalar, o cümlədən autoskopiya yaranır. Müəyyən kimyəvi maddələrin qəbulu həmin sahənin fəaliyyətini pozur. Bunu maddə qəbulu olmadan da, həmin sahəni elektrik impulsları ilə qıcıqlandırıb insana autoskopiya yaşatmaq mümkündür. Könüllülər üzərində sınaq olunub.

Autoskopiya insanlara qədimdən məlumdur və onun ruh haqda təsəvvürlərin yaranmasında böyük rolu olub. Ruh haqda təsəvvürlər autoskopiya zamanı insanın  “özünü” özündən kənarda necə gördüyünə uyğun gəlir – şəffaf siluet, işıqlı kölgə və sair.

Bu İçeriğe Tepki Ver (en fazla 3 tepki)


Bunlarıda görmek isteyebilirsin!

Facebook Yorumları