Noteaz'da, Twitter və  Facebook Hesablarınızdan İstifadə Edərək Pul Qazanmaq
Noteaz İş Müttəfiqliyi proqramına qoşularaq, Twitter, Facebook və digər hesablarınız vasitəsiylə daimi gəlir əldə edin.

SEOnun çox böyük yeri olduğu internet aləmində sosyal hesablar böyük rol oynayır. Mətnin və linkin ön plana keçdiyi sistemlərdə, əsasən də Facebook və Twitter vasitəsiylə paylaşılan məlumatlarda böyük geri dönüşlər əldə edilmişdir. Noteaz ailəsi, əsas məqsəd kimi daimi istifadəçiləri, əsas da məmnun istifadəçiləri qəbul etmək istəyir.

Bu məqamda sizi İş Müttəfiqliyi proqramına dəvət edirik. İş Müttəfiqliyi proramına daimi vəya əlavə iş kimi baxa bilərsiniz. Sizə hərhansı bir zaman vəya limit qoyulmur. Günün istənilən vaxtı bu işlə məşğul ola bilərsiniz. Siz paylaşımlar etdikcə, hər növbəti ay qazancınızın daha da artdığını biləcəksiniz. Çünki, əvvəlki aydakı paylaşımlarınız bu ay da qazandırmağa davam edəcəkdir. 

Bütün bunların əsasında, beynəlxalq qaydalara əsaslanaraq, aşağıda sadalanan qaydalara diqqət etməyiniz vacibdir.

Qaydalar:

Yazacağınız məlumatları paylaşmaq mövzusunda diqqət etməyiniz vacib olan sadə qaydalar bunlardır:

  1. Linklər, heçbir halda pop-up olaraq göstərilə bilməz və istifadəçini narahat edə bilməz.
  2. Linklər, Pornoqrafiya, saxta, trojan, virus, narkotik, alkoqolik, intahara meyilli və s. bu tipli saytlarda paylaşıla bilməz.
  3. Linklər film və serial, həmçinin tamamı video və rəsmlərdən ibarət saytlarda yerləşdirilə bilməz.
  4. Linklər, otomatik açılan proqramlar vasitəsiylə paylaşıla bilməz. Yəni istifadəçi öz istəyi ilə linki açmalıdır.
  5. Bot istifadə edilərək, istifadəçi çəkilə bilməz.
  6. İzlənilmə hesablaması sayta adopt edilmiş xarici proqram vasitəsiylə aparılacaqdır. Yəni bir kompyuter vəya bir mobil telefonla səhifəni dəfələrlə yeniləyərək, daha böyük rəqəmlər əldə etməyə çalışarsanız, o izlənilmələrin sayılmayacağı kimi, 3 xəbərdarlıqdan sonra hesabınız silinəcəkdir. Sadəcə fərqli fərqli insanlar tərəfindən izlənilən rəqəmlər proqram tərəfindən qəbul ediləcəkdir.

Qazanc və Limitlər:

Göndərəcəyiniz trafik ilə bağlı hər hansı bir limit yoxdur. Səhifənizdə istənilən linkə istədiyiniz qədər trafik göndərə bilərsiniz. Qazancınız hər ayın sonu, tam vaxtında, gecikmədən sizə çatdırılacaqdır.

Əldə edəcəyiniz qazanclar:

- İzlənmə başı 0.001 AZN    (1000 baxış üçün 1 AZN)

Qeyd:  Bu qiymət saytın inkişafı ilə zamanla artacaqdır.


Ödəmələr hər ayın sonu Bank hesabınıza( plastik kartınıza,Visa vəya Master Card) vəya Paypal hesabınıza göndəriləcəkdir. Ödəmələrdə heç bir kəsilmə olmayacaq, ƏDV saytımız tərəfindən qarşılanacaqdır.


Proqrama qoşulmaq üçün özünüzə bir hesab açmalı və şəxsi kabinetdən o hesabı tam doldurmalısınız. Hər hansı özünüzə məxsus bir məqaləni yazıb, saytda paylaşmağınız lazımdır. Məqalənizə baxıldığı an, təsdiq edilərsə, sizə qazanc sisteminə qoşuldunuz mesajı göndəriləcəkdir. Əgər səbrsiz birisinizsə vəya zaman sizin üçün çox qiymətlidirsə, məqaləni yazan an bizə əlaqə vasitələrimizlə yaza bilərsiniz. Bu daha tez cavab almağınız üçün bir addımdır.


Qaydalar və məqamlar bu qədərdir. Bu qaydaların zaman içərisində, Noteaz tərəfindən, daha müsbət istiqamətdə dəyişdirə biləcəyini unutmayın. Xoş Günlər.

YOUR REACTION?

Facebook Conversations