HÜQUQ XİDMƏTLƏRİ ÜZRƏ MÜTƏXƏSSİS Vakansiya
200 - 300 AZN

  • Şəhər
    Bakı
  • Yaş
    21 - 28 yaş
  • Təhsil
    Ali
  • İş təcrübəsi
    1 ildən aşağı
  • Elanın tarixi
    İyul 04, 2017
  • Bitmə tarixi
    Avqust 03, 2017
  • Əlaqədar şəxs
    Rauf m.

İş barədə məlumat

Biz şirkətimizə öyrənməyə meyilli olan, hüquqi stajını və savadını artırmaq istəyən, gələcəkdə şirkətin səhmdarına çevrilə bilmək istəyən hüquqşünaslar axtarırırıq. Müsabiqənin nəticəsində uğur qazanmış hər bir işçi ilə Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bağlanacaqdır) Əmək haqqı müsabiqənin nəticəsinə əsasən fərdi qaydada müzakirə olunacaqdır. 
- Hüquq şirkətinə daxil olan müraciətləri təhlil etmək, onların icrasına dair təklif hazırlamaq, müştərilərə peşəkar şifahi hüquqi məsləhət vermək 
- Hüquq şirkətinin daxili sənədləri ilə işləmək, işlər barədə şirkətin direktoruna məruzə etmək, sənədlərin hazırlanmasında bilavasitə iştirak etmək və hüquqi məsləhətlər vermək, işləri sistemləşdirmək və arxivləşdirmək 
- Şirkət tərəfindən digər təşkilatlara, dövlət orqanlarına göndərilən məktubların tərtib olunması, onların göndərilməsini təmin etmək, şirkətə ünvanlanmış məktublara, sorğulara cavablar hazırlamaq və layihələri direktora məruzə etmək 
- Rəhbərlik tərəfindən həyata keçirilən iş bölgüsünə əsasən şirkətə müraciət etmiş şəxslərin sənədlərini araşdırmaq, dərkənarda qeyd olunmuş müddət ərzində hüquqi xidmətin həyata keçirilməsini təmin etmək 
- Müştərilərin sifarişi ilə məktubların, vəsatətlərin ərizələrin, şikayətlərin, iddia ərizələrinin apellyasiya və kassasiya şikayətlərinin layihələrini tərtib etmək və təsdiq edilməsi üçün rəhbərə məruzə etmək 
- Rəhbərlik tərəfindən verilmiş gündəlik tapşırıqların vaxtdında və dəqiq yerinə yetirilməsini təmin etmək 
- İş qrafiki: Bazar ertəsi – Cümə 10:00-dan 18:00-dək 
- Şənbə: 11:00-dan 16:30-dək

Namizədə tələblər

- Ali hüquq təhsili(magistratura pilləsində təhsil almış şəxslərə üstünlük veriləcək) 
- 1 ilədək hüquq sahəsində təcrübə (namizədin şifahi müsahibə zamanı şirkət tərəfindən müəyyən olunmuş tələblərə cavab verdiyi təqdirdə iş təcrübəsi tələb olunmur) 
- Ofis proqramlarından (Microsoft Office, Word, Excell, Outlook) sərbəst istifadə etmək qabiliyyəti (xüsusilə word proqramını dəqiq bilməli və surətli yazma qabiliyyəti olmalıdır) 
- Ofis avadanlıqları ilə işləmək bacarığı(printer, skaner və s.) 
- Təşkilatçılıq və analitik düşüncə bacarığı 
- Sənədlərlə və vətəndaşlarla iş bacarığı 
- Ünsiyyətcil, stres altında işləmə və komanda şəklində işləmə bacarığı

Xahiş olunur CV-lərinizi info@vrgroup.az email ünvanına göndərəsiniz. Xahiş olunur məktubun mövzu hissəsində hüquqşünas qeyd edəsiniz. (şəkilsiz CV-lər qəbul olunmayacaq) 
Son müraciət tarixi: 07.08.2017

YOUR REACTION?

Facebook Conversations