600 - 800 AZN

  • Şəhər
    Bakı
  • Yaş
    20 - 35 yaş
  • Təhsil
    Ali
  • İş təcrübəsi
    1 ildən 3 ilə qədər
  • Elanın tarixi
    İyul 04, 2017
  • Bitmə tarixi
    Avqust 03, 2017
  • Əlaqədar şəxs
    Günel Əmiraslanova

İş barədə məlumat

- Brendin inkişafı üzrə strateji planlaşdırmanı həyata keçirmək (brend strateqiyasını razılaşdırmaq, brend portfoliasını genişləndirilmək) 
- Brendin inkişafı üçün təchizatçılar və tərəfdaşlar ilə birgə ayrılmış büdcə üzrə marketinq planlarının həyata keçirmək və koordinasiya etmək 
- Şirkətin brendinə uyğun kataloqlarının, broşürlarının, bannerlərinin, saytın, bloqun və s., hazırlanması 
- Şirkət və tədbirlər barədə bannerlərin, roliklərin və s., saytlarda yerləşdirilməsi üçün danışıqların aparılması 
- Şirkətin brendinə uyğun blaknotlara, qələmlərə, vizitkalara, papkalara, iri və kiçik miqyaslı paketlərə dizaynın verilməsi 
- Print materiallarının hazırlanması, təşkili və sifariş olunması 
- Qiymət, keyfiyyət və icra müddəti baxımından daha sərfəli olan tipoqrafiya və poliqrafiya xidmətlərin Təchizat və logistika şöbəsi ilə birgə seçilməsi, hesabatlılığın təmin edilməsi və Rəhbərliyə təsdiq edilməsi 
- İş qrafiki: həftənin 1-5 günləri saat 09:00-dan 18:00-dək, şənbə və bazar günləri istirahət günləridir

Namizədə tələblər

- Göstərilən vəzifə üzrə ən azı 1-3 illik iş təcrübəsinin olması 
- Ali təhsil (Reklam, dizayn, rəssamlıq və s. üzrə) 
- Azərbaycan dili, rus dili – mükəmməl, ingilis dili yaxşı səviyyədə 
- Kompüterdə və İnternetdə sərbəst, yüksək səviyyədə işləmək 
- Çapa hazırlıq mərhələsi və çap texnologiyaları üzrə biliklər 
- Web design, brendinq, qablaşdırma üzrə biliklər 
- Adobe PhotoShop, CorelDraw, AutoCad kimi qrafik proqramlarda işləmə bacarığı 
- 3D Max proqramında işləmə bacarığı əlavə üstünlük ola bilər 
- Kreativ, amma eyni zamanda məsuliyyətli, komandada işləmə bacarığı

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini hr@amapola.az elektron ünvanına göndərə bilərlər. 
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Brend menecer” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır. 
Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Bu İçeriğe Tepki Ver (en fazla 3 tepki)


Bunlarıda görmek isteyebilirsin!

Facebook Yorumları



Disqus Yorumları