Yer kürəsi - Günəş sisteminin üçüncü planeti

Yer kürəsi – Günəş sisteminin üçüncü və bu qrupa daxil olan digər planetlər arasında ölçüsünə görə beşincidir.  O, həmçinin yer tipli planetlər içərisində diametri, kütləsi və sıxlığı baxımından da ən böyüyüdür.

 

 

Yer kürəsi Günəş sistemində və ümumilikdə Kainatda insana məlum olan canlı orqanizmlərin yaşadığı yeganə planetdir. Elmi tədqiqatlar göstərir ki, Yer kürəsi təxminən 4,54 milyard il bundan öncə günəş dumanlığından yaranmışdır və bundan sonra Ay Yerin təbii peykinə çevrilmişdir.

 

 

Atmosfer Yer kürəsini əhatə edən hava təbəqəsidir. Yerdə həyat 3,5 milyard il bundan öncə yaranıb, Yer kürəsinin yaranmasından 1 milyard il sonra.

 

 

Yer kürəsi bir neçə qatdan təşkil olunub. Xarici qat Yer qabığıdır. Onun ən üst hissəsi münbit torpaq qatıdır. Mərkəzdə nüvə yerləşir. Onunla Yer qabığı arasında mantiya yerləşir. 

 

 

Yer kürəsi iki cür hərəkət edir. O, öz oxu ətrafında fırlanmaqla yanaşı, həmçinin Günəşin də ətrafında müəyyən orbit üzrə hərəkət edir. İnsanlar ilk dəfə Yer kürəsinin öz oxu ətrafında fırlanmasını kəşf etmişlər.

 

 

Bu hadisəyə Günəşin, Ayın və ulduzların çıxıb-batması, eləcə də gecə və gündüzün növbələşməsi daxildir. Yer öz oxu ətrafında 23 saat, 56 dəqiqə, 4, 091 saniyə ərzində - 360º dövr edir.

 

 

Fəsillərin növbələşməsi təbiətin dəyişməz hadisəsidir. Onun səbəbi Yerin Günəş ətrafında fırlanmasıdır. Yer kürəsinin kosmik fəzada hərəkət etdiyi yol uzadılmış dairə-ellips formasındadır. Ellipsin mərkəzində Günəş yerləşir.

Bu İçeriğe Tepki Ver (en fazla 3 tepki)

Facebook Yorumları