Panço tortu resepti

Tərkibi:

Biskvit üçün:

● Şirə (limon) - 1 ç.q.

● Un (buğda) - 1.5 st.

● Yumurta (toyuq) böyük - 5 ədəd

● Toz (qabartma) - 1 ç.q.

● Toz (kakao) - 4 x.q.

● Şəkər tozu - 1.5 st.

Krem üçün:

● Şirə (limon) - 2 ç.q.

● Şokolad (tünd) - 75 qr.

● Şəkər tozu - 1 st.

● Xama - 800 qr.

● Ləpə (qoz) - 1 st.

● Ananas (konservləşdirilmiş) - 1 banka

Hazırlanması:

1) Yumurtaların ağlarını sarılarından ayırın. Yumurta ağına bir çimdik duz atın və həcmi artana və bərk ağ kütlə əmələ gələnə qədər çalın;

2) Yumurta sarılarını şəkərlə ağarana qədər çalın. Yumurta ağlarının 1/4 hissəsini əlavə edin, qarışdırın. Sonra qabartma tozu ilə ələnmiş un və limon şirəsi əlavə edin, qarışdırın;

3) Ehtiyyatla qalan yumurta ağını da əlavə edin, qarışdırın;

4) SOBAnı 180 dərəcə qızdırın. Xəmiri iki hissəyə bölün. Biri digərindən bir az çox olmalıdır. Çox olan hissəsinə kakao tozu əlavə edin, qarışdırın. Xəmiri 2 formaya tökün (formanı yaxşı yağlayın), 20-25 dəq. bişirin. Hazır olmasını diş çöpü ilə yoxlayın;

5) Kremin hazırlanması: xamanı şəkərlə (şəkər kristalları tam həll olana qədər) çalın;

6) Hazır korjları formadan çıxardın və soyudun. Şokoladlı korju iki yerə bölün. 1.5-2 sm. hündürlükdə bir hissəsini tortun alt qatı üçün saxlayın;

7) Ağ biskviti və şokoladlı biskvitin qalanını 2-3 sm. ölçüdə kub şəklində doğrayın;

8) Alt qat üçün olan biskvitin üzərinə krem çəkin, doğranmış qoz ləpəsi və xırda doğranmış ananas səpin;

9) Üzərinə doğranmış biskvit tikələrini düzün, krem çəkin və qoz, ananas səpin;

10) Krem və biskvit qurtarana qədər təkrar edin. Tortun forması təpəcik şəklində olmalıdır;

11) Tam yığandan sonra qalan kremi tortun hər tərəfinə çəkin. 20 dəq. buzxanaya qoyun (krem özünü tutsun);

12) Şokoladı su hamamında və ya mikrodalğalı sobada əridin, tortun üzərindən istənilən şəkildə tökün;

13) Tortu 4 saat və yaxud bir gecəlik soyuducuya qoyun.

Bu İçeriğe Tepki Ver (en fazla 3 tepki)


Bunlarıda görmek isteyebilirsin!

Facebook Yorumları