Bu həyat bir sınaqdır.

Bu həyat bir sınaqdır. Bunu anlamaq üçün sadəcə baxmaq kifayət edər. Dünən nə yediyimizin vəya kimlə əlaqəyə girdiyimizin bir xatirəsi varsa da, artıq bir həzzi yoxdur. Yenə olmasını istəyirik, çünki, artıq silinib gedib və sadəcə 1 günə. Bəs dünən deyil də daha böyük bir keçmişə baxdıqda bizə nə qaldığını görürük? Sadəcə xatirələr.. Heç bir həzz bədəndə uzunmüddətli qalmaz. Çünki illuziyadı, çünki uydurmadı, çünki dünən nə yediyimizin bugün bir fərqi yox. 

İzləri qalar, xoş və pis xatirəsi qalar amma bu sadəcə beyindədi. Hansı ki o beyində daha nələr vardır: olmuş, olacaq və olmalı olan hadisələr. Siz siz olun anlıq həzzlər üçün gələcəyinizi məhv etməyin. Sadəcə günü yaşayıram deməklə, özünüzü aldadırsınız. Çünki, günlər də, sən də, ətrafında olan hərşey də dəyişə bilər. Hər mükəmməl düsturun 1 dəyişməyən sabitə ehtiyacı olur. Səncə də həyat mükəmməl, biz insanlar məhv edirik deyə sıxıcı deyil mi? Biraz düşün Ali. Biraz düşün.

Bu İçeriğe Tepki Ver (en fazla 3 tepki)


Bunlarıda görmek isteyebilirsin!

Facebook Yorumları



Disqus Yorumları