Öncə anasınız, yoxsa həyat yoldaşı?

Əgər istəsəniz, sualı belə də qoya bilərik. Siz ailədə ana roluna üstünlük verirsiniz,yoxsa həyat yoldaşı roluna?

 Bu bir həqiqətdir ki,bəzi qadınlarda analıq hissi güclü olduğu üçün çox vaxt həyat yoldaşı kimi arxa planda qalırlar.Bəzi qadınlar isə ana və həyat yoldası rolları arasında tərəddüd yaşayırlar.Əslində bu sualın cavabı olduqca sadədir.Kiminlə ünsiyyətdəsinizsə,o rolda olmalısınız. Yəni həyat yoldaşınızla ünsiyyətdəsinizsə, həyat yoldaşı olduğunuzu (hətta danışdığınız mövzu uşağınızla bağlı olsa da),uşağınızla ünsiyyətdəsinizsə,ana olduğunuzu (hətta danışdığınız mövzu həyat yoldaşınızla bağlı olsa da) unutmamalısınız.

Bəzi qadınlar həyat yoldaşlarını uşaqlarına qarşı laqeyd olmaqda ittiham edirlər və buna görə də həyat yoldaşalrına qarşı mənfi mövqe tuturlar.Təbii ki,bu mövqe daha çox analıq hissi ilə bağlıdır.Buna görə də onlar, təbii olaraq,uşaqlarına qarşı həyat yoldaşlarından kömək gözləyir və bunu müxtəlif formalarda ifadə edirlər.Ancaq buna görə həyat yoldaşına qarşı sərt mövqe tutmaq və üstəlik,bunu həyat yoldaşı rolunda əks etdirmək evliliyi və dolayısı ilə ailəni də təhlükə altına ala bilər.

Qadınlar bir şey də unutmamalıdır ki,uşaqlarının fiziki və psixoloji sağlamlığı üçün həyat yoldaşlarının köməyinə ehtiyacları var.Buna görə də tərəflər arasında ünsiyyət nə qədər güclü olsa,ailədə sağlam mühit də bir o qədər güclü olar.

Digər tərəfdən,qadının həyat yoldaşından aldığı maddi və mənəvi kömək də analıq roluna birbaşa təsir göstərir.Odur ki,heç bir qadın ana olduqdan sonra həyat yoldaşını unutmamalı,həyat yoldaşından həmişə kömək almağa çalışmalıdır.Ancaq eyni zamanda o,uşaqların yanında da ana olmağı bacarmalıdır.Bəs qadın həm uşaq,həm də həyat yoldaşı ilə eyni mühitdə olduqda nə etməlidir?Bu halda isə qadın hər iki tərəfi də "əhatə dairəsində" saxlamalı və uşağa hiss etdirməmək şərti ilə daha çox həyat yoldaşı kimi çıxış etməyə çalışmalıdır.

Bu İçeriğe Tepki Ver (en fazla 3 tepki)


Bunlarıda görmek isteyebilirsin!

Facebook Yorumları



Disqus Yorumları