Lev Tolstoyun “Anna Karenina” əsərindən seçmələr
Lev Tolstoyun “Anna Karenina” əsərindən seçmələr

“Bütün xoşbəxt ailələr bir-birinə bənzəyir, hər bədbəxt ailə isə özünə görə bədbəxtdir”.

“Həyatın bütün çətin və həlledilməz suallara verdiyi ümumi cavabdan başqa cavab yox idi. Cavab belə idi: “günlərin tələbinə görə yaşamaq lazımdır, yəni unutmaq”.

“- Görürsünüzmü, qadın elə bir predmetdir ki, onu nə qədər öyrənirsən öyrən, həmişə yenilənəcəkdir.
– Onda ən yaxşısı heç öyrənməməkdir”.

“- Bu yalnız bir şeyi sübut edir: sizin qəlbiniz yoxdur!
Ancaq baxışları onun qəlbi olduğunu və buna görə ondan qorxduğunu deyirdi”.

“Təhsilin məqsədi elə budur – hər şeydən zövqü-səfa yaratmaq”.

“Qadın üzərində hər şeyin fırlandığı vintdir”.

“O, balıq tutmağı xoşlayırdı. Və belə axmaq məşğuliyyəti xoşladığına görə özü ilə fəxr də edirdi”.

“Darıxmamaq üçün nəyin darıxdırıcı ola bilməsi haqda fikirləşmək lazım deyil”.

“Səndə və məndə bir əsas üstün cəhət var: bizi almaq çətindir. Belə insanlar isə heç vaxt gərəkli olmur”.

“Ölüm haqda düşünəndə həyatın gözəlliklərinin sayı da azalır”.

“Təsir həmişə həqiqi təhsil tərəfdədir”.

“Şübhələndiyimdə ümidim var idi”.

“Məhv olmaq istəməyəni xilas etmək mümkündür”.

“Qınayıb, haqq qazandırmaq edib nifrət bəsləyəndə ona həlledilməz görünən şeylər bağışlayıb sevəndə sadə və aydın oldu”.

 

“İnsanlardan yeganə xilas yolu onlardan yaralarını gizlətməkdir”.

“Özünü alçaldan yüksələcək”.

“Yaxşı iştaha – deməli, vicdan təmizdir.”

“Vermirəm, çünki bunu məndən heç kim istəmir.”

“İnsana ağıl onu narahat edən şeylərdən yaxasını qurtarmaq üçün verilib”.

“Qısqanmıram, ancaq təhqir olunmuş və alçaldılmışam. Ona görə ki, kimsə belə düşünə, kimsə sənə bu gözlərlə baxa bilər…”

“Hörməti məhəbbətin yerini tutan boşluğu gizlətmək üçün uydurublar”.

“Nə olduğunu və niyə burda olduğunu bilmədən yaşamaq olmaz. Bunu isə bilə bilmərəm, deməli, yaşaya da bilmərəm”.

“Xeyirxahlığa səbəb varsa, o, artıq xeyirxahlıq deyil. Nəticə və mükafatı varsa, o, yenə xeyirxahlıq deyil”.

“Hamımız əzab-əziyyət çəkmək üçün yaradılmışıq. Və hamımız da bunu bilirik. Özümüzü bir təhər aldatmaq üçün müxtəlif vasitələrə əl atırıq”.

YOUR REACTION?

Facebook Conversations