Körpələrdə qızdırmaya diqqət edin!
Körpələrdə qızdırmaya diqqət edin!

Qaradəniz Texnik Üniversitüti Tibb fakultəsi Uşaq sağlamlığı və xəstəlikləri professoru həkim Ali Baki, uşaqlarda 38.5 dərəcəni keçən qızdırma bir çox ciddi xəstəliklərin əlaməti ola biləcəyini söylədi.

Uşaqların qoltuq altı qızdırmalarının 37 dərəcədən yuxarı olasının “qızdırma” olaraq ifadə edən Baki, “ 38 dərəcəyə qədər olan qızdırma yüngül dərəcədə olan qızdırmadır. Ancaq kiçik uşaqlarda 38.5 dərəcəni keçən qızdırma, xüsusilə, körpələrdə çox diqqət edilməlidir. Bu dərəcədən yuxarı qızdırma 3 yaşından kiçik olan uşaqlarda sudurqaya yol aça bilər. Körpələrdə 38.5 dərəcəni keçən qızdırma meningit kimi ciddi bir xəstəliyin əlaməti ola bilir” diyərək açıqlama verdi.

Uşaqlarda ani qızdırmanın, ümumilikdə badamcıq ya da qulaq iltihabı, sətəlcəm, sidik yolu infeksiyası səbəbi ilə yarana bildiyinə diqqəti çəkən Baki, “ Bəzən də, xüsusilə, kiçik uşaqlarda qana mikrob qarışması qızdırmaya səbəb ola bilər. Həyatı təhdid edən bir xəstəliyin əlaməti ola biləcəyindən qızdırmanın səbəbini tapmaq və ona görə müalicə etmək çox vacibdir” dedi.

Uşağın qızdırma səbəbinin öyrənib müalicəsi üçün həkimə müraciət edilməsi vacib olduğunu bildirən professor Baki, “ Kiçik uşaqlarda diş çıxması anında da qızdırma olur. Ancaq bu qızdırmanın heç bir zaman 38.5 dərəcəni keçməyəcəyini yaddan çıxartmamalıyıq. Qızdırmalı uşağın olduğu mühitin istiliyi 24 dərəcəni keçməsi və uşağın çox geyindirilməsi qızdırmanı ağırlaşdıra bilir." dedi.

YOUR REACTION?

Facebook Conversations