“İstanbul Xatirəsi” Ahmet Ümit
“İstanbul Xatirəsi” Ahmet Ümit

İmtahanlar imkan verdikcə mütaliəni davam eləməyə çalışıram və bu dəfə ki kitabım Ahmet Ümitin-İstanbul Xatirəsi oldu. Əsəri öz dilimizdən oxusamda tərcümə xoşuma gəldi. Yəni məncə əsərin bədiiliyi çoxda itməmişdi. Daha bir şey isə Qanun nəşriyyatı artıq kitabların nəşriyyatı ilə daha yaxşı maraqlanır çünki kitab hardasa 700səhifə olmasına baxmayaraq, oxuduqca vərəqləri tökülmürdü . İndi isə roman haqda danışım. 
Detektiv janra az maraq göstərsəmdə bu əsəri bir çox tərifdən sonra oxumaq qərarına gəldim. Və demək olar ki oxuduqca hər səhifəsi məni özünə daha çox bağladı. Əsərdə qatil axtarışları ilə yanaşı bir çox insani hisslərə, düşüncələrə yer verilmişdi və məncə bu əsəri daha çox maraqlı eliyirdi. Həmçinin əsərdə Istanbulun tarixi yerləri haqda geniş dolu-dolu məlumatlarda var. Ən çox təsirləndirən səhnələr uşaqlıq dostlarının dialoqları idi bununla yanaşı qatilin kim olması bilinəndə başkomisarın içindəki hissləri özüylə mübatizəsidə diqqət çəkən məqamlardan idi. Əsərdə məlumat bolluğu bəzən adamı sıxsada yazıçının yazı tərzinə görə heç bir yeri oxumadan adlıya bilmirsən. Açığı Əsərin detektiv yanını çox sevməfim ama ki digər yanı yəni insanların hissləri onların düşüncələri üzərinə qurulan yanını xeyli marağımı cəlb elədi. Ən çox xoşuma gələn yönü isə romanın sırf detektiv janrında olmaması idi. yəni bütün diqqətlər kitab boyu ancaq qatilin tapılmasına yönəlməmişdi. Əsərin sonu gözləniləndən daha pis bitsədə məncə maraqlı idi və Ahmet Ümitin öz dəsti xətti ilə sevilən yazıçılarım siyahısına girməyi bacardı.
Diqqət ayırdığınız üçün təşəkkür!

Saiq Babayev

YOUR REACTION?

Facebook Conversations