İnsan öldükdən sonra ruhuna nə olur?

XX əsrin əvvəlləri amerikalı həkim Dunkan Makduqall insanların ölümdən əvvəl və sonrakı çəkisini təyin edən təcrübələr həyata keçirib. Təcrübə əsnasında ölüm ayağında olan xəstə son günlərini böyük tərəziyə bənzər yatağa yerləşdirilib. Makduqall insan ölərkən tərəzinin əqrəblərinin dəyişdiyini görüb. Qohumlarının razılığı ilə 6 ölümcül xəstə üzərində çəki hesablama təcrübəsi aparılıb. Onlar ölərkən bədənlərin çəkisi 21,26 qram azalıb.

1988-ci ildə Makduqallın təcrübəsini Almaniya, daha sonra isə ABŞ alimləri təkrarlayıb. Onlar da təcrübəsində xəstələrin ölən zaman çəkilərinin azalması müşahidə ediblər. Təkmilləşdirilmiş texnikanın hesabına azalma miqdarı daha az göstərilib – 2,5 qramdan 6,5 qrama kimi.

İsveçrə alimləri fərz edirlər ki, ruh insanı təkcə öldükdən sonra yox, yatarkən də tərk edə bilər. Sinaqdan keçənlər bir neçə gün həssas tərəzi-yataqlarda yatıblar.

Nəticələr eyni idi: dərin yuxuya getmiş insanların çəkisində 4-6 qram azalma müşahidə olunub, oyandıqdan sonra isə əvvəlki çəkilərinə qayıdıblar.

Belə təcrübələr Rusiyada da keçirilirdi, ancaq heyvanlar üzərində. Mstislav Miroşnikovanın rəhbərliyi altında işləyən tədqiqatçı qrup siçanlar üzərində eksperiment keçirib. Deməli, siçanları elektrik çəki üzərindəki bağlı qaba yerləşdiriblər. Bir neçə dəqiqədən sonra siçanlar havasızlıqdan boğularaq ölüb. Və onların çəkisində də azalma müşahidə olunub.

Bütün bu təcrübələr bir şeyi göstərir: birincisi ruh var və o nəinki insanlarda, hətta heyvanlarda da mövcuddur. Bundan başqa ruh həm də müəyyən fiziki xassələrə malikdir. Əgər ruhun çəkisini təyin etmək olursa, bəs niyə biz onu görə və fotosunu çəkə bilmirik?

Ölərkən saatın əqrəbləri niyə dayanır?

Ruhun olduğunu çəkidən başqa nə ilə sübut edə bilərik? Fransız həkim İppolit Baradyük xəstələrini ölən zaman foto lentə alırmış və bu fotoşəkillərdə ölən zaman cansız cəsədin üzərində yarı şəffaf bulud əmələ gəldiyi görülüb.

Sankt-Peterburqdan olan həkimlər eyni məqsədlə infraqırmızı görmə cihazlarından istifadə ediblər. Onlar insan bədənindən ayrılan dumanın yuxarı qalxaraq, ətrafa yayıldığını görüblər.

Amerikalı psixoloq Çarlz Tart öləcək insanların palatasına ossiloqraf cihazı yerləşdirib. Xəstə öləndən sonra cihaz elektromaqnit sahəsində dəyişikliklər qeydə alıb. Bu ruhun bədəni tərk edən zaman ətraf mühitə etdiyi təsirin nəticəsi ola bilərmi?

Delaver ştatında olan doktor Melvin Mors narkotik qarabasmaları keçirdən xəstələri araşdıran zaman maraqlı fakta rast gəlib. Narkotik asılı xəstələrin dörddə biri həyatla ölüm arasında olan hissi yaşadıqlarını deyiblər. Maraqlı odur ki, bu hallarda onlar olduqları məkanda saatların əqrəblər dayanıb…

Klinik ölüm və ruhun bədəni tərk etməsi…


Hələ 1970-ci ildə amerikalı psixoloq Raymond Moudi ölümlə üz-üzə qaldıqdan sonra həyata dönən xəstələrin keçirtdiyi hissləri araşdırmış. XXI əsrin əvvəlləri bu tip araşdırmalar London psixiatriya universitetində keçirilirdi.

Tədqiqatın nəticələri hər kəsi dəhşətə gətirib: məlum olub ki, insan şüuru beynin funksiyası ilə bir başa əlaqədə deyil və o, bədən də fiziki proseslər bitən də belə işləyir.

Quraşdırılmış cihazlar demək olar ki, həmişə eyni şeyi göstərirdi. Əvvəlcə beynin güclü elektrik aktivliyini göstərirdi. Alimlər bunu belə izah edir: bütün neyronlar zəncir kimi bir-biri ilə əlaqəlidir və öldükdə sonra orada onun qırılması baş verir. Daha sonra beynin fəaliyyəti dayanır və heç bir cihaz onu qeydiyyata ala bilmir.

Klinik ölüm yaşamış insanların ən çoxu tuneldə getdiklərini və ağ işığın onları çağırdıqlarını görüblər. Bunun izahını indiyə kimi tapa bilməyiblər. Amma bir nəticə çıxartmaq olar: bizim şüurumuz beynimiz və bədənimiz olmasa da mövcud ola bilər. Qısa müddətli olsa da bu mümkündür.

Doğuş zamanı ruhumuz hara gedir?


Ruhun bədəni tərk etməsini adətən yoqlara və şamanlara aid edirlər. Onların ruhları girdikləri trans nəticəsində başqa zaman və məkana səyahət edə bilir.

RAN psixologiya universitetinin alimləri tədqiqat məqsədi ilə insanları hipnotik transa salaraq, onların qabağına məqsəd qoymuşlar: başqa məkana səyahət. Ruhun “uçacağı” məkana isə xüsusi qurğular yerləşdirmişlər və insanın olmadığı evdə quraşdırılan cihazlar elektromaqnit aktivliyi qeydə almışdır.

Təcrübələrin nəticəsi: ruh doğrudan uça bilir.

Professor Leonid Spivak, habelə mamalıq və ginekologiya universiteti RAMN-ın əməkdaşları doğan qadınların 8 faizinin ruhun bədəndən çıxma hissini yaşadıqlarını bildirib. Fiziki ağrılarla müşahidə olunan ağır doğuş zamanı insanın şüurunun istiqamətini dəyişərək, ruhun başqa yerə səyahət etməsinə gətirib çıxardır. Doğan qadınlar bununla bağlı daha əvvəl məlum olmayan sübut və faktlar danışıblar.

Ruhumuz hansı orqanımızdadır…


Yuxarıda sayılan bütün faktlar ruhun olduğuna sübut edir. Bəs o harada yerləşir? İnsanın hansı orqanı ilə əlaqədədir?

Alimlər burada hələ ki, ortaq məxrəcə gələ bilməyiblər. Məsələn, Detroytada olan məşhur psixoloq Pol Pirsellin fikrinə görə, ruhumuz hüceyrələrində bizim düşüncələrimiz və hisslərimiz haqqında bütün informasiyanı daşıyan ürəkdə yerləşir. Bunun sübutu kimi ürək köçürülmə zamanı insanın xarakterinin dəyişməsini gətirir.

Başqa mütəxəssislər ruhun beyində yerləşdiyini deyib. Amma əksər tədqiqatçılar ruhun insan bədəninin hər yerində, bütün hüceyrələrində yerləşdiyi fikrindədirlər.

Ölümdən sonra insan ruhu hara yollanır?


Demək olar ki, bütün mütəxəssislər ölümün şəxsiyyətin məhv olması yox, məhz başqa keyfiyyətli vəziyyətə keçid aldığını düşünür. Düzdür, ruhun gələcək varlığını hərə bir cürə görür.

Kimsə ruhun Kainatın bio sahəsinin bir hissəsi kimi yaşamağa davam etdiyini deyir. Bir sözlə, fiziki bədən öldükdən sonra ruh qanunlarını bilmədiyimiz qeyri-material bir dünyaya köç edir.

Başqa tədqiqatçılar isə düşünür ki, ölənlərin ruhu yeni doğulmuş körpələrə keçir. Hindistanlılar inamına görə, ruh 1-dən 50-yə kimi bədən dəyişə bilər. İnsanların qəflətən başqa dildə danışması və ya uzaq keçmişdən hər hansı hadisəni xatırlaması bunun sübutudur.

Məsələn, Londonda yaşayan evdar xanım Rozmari Brouna ölmüş bəstəkarlar Şopen, Lista və Bethovenin ruhları tez-tez baş çəkməyə başlayıb. Onların diktəsi ilə, Rozmari 400 bitmiş musiqi əsərlərini yazıb.

Bir müddət sonra müasir avtoritet musiqiçilər evdar xanımın yazdığı musiqiləri araşdıraraq belə bir nəticəyə gəlib: onların bir çoxu müəllif əlyazma nüsxələri ilə tam üst-üstə düşür, bəziləri isə orijinal olub, ən xırda detalları belə bəstəkarlarının musiqi üslubunu əks etdirir!

Düzdür, tədqiqatlar ruhun harada olduğunu və öldükdən sora hara getdiyi haqda dəqiq cavablar vermir. Amma bir şey məlumdur. Ruh var!

Yoxsa bizi üzən hadisələr niyə ruhumuzu ağrıtsın ki..?

Bu İçeriğe Tepki Ver (en fazla 3 tepki)

Facebook Yorumları