Hissləri və düşüncələri qısa fikirdə ifadə etmək olmaz

Hissləri və düşüncələri qısa fikirdə ifadə etmək olmaz. Edən insanlar varsa ətrafınızda, olmasalar da olar. Ona görə də sonuna qədər oxumayacaqsansa, elə ilk cümlədə saxla oxumağı.

Həyatın hər anında qayğıya ehtiyac duyuruq. Uşaq ikən ətrafımızda daim insanlar olur. Hər addımımızı izləyən biriləri. Hər yıxılanda əlini uzadan olur. Bəzən sadəcə bir əl və bəzən əllər.. Zamanla bu qəlb böyüdükcə, bu insan həyatı sevməyə başladıqca, o ətrafdakı insanlar istəyərək vəya istəməyərək həyatımızdan gedirlər. Əl uzadanlar ən yaxınlardan ibarət olur. Əgər onlar da zamansız getsələr, ayağa qalxmaq üçün ətrafa baxırıq. Ehtiyaclar və ilk arzular. Saf qəlb, yox bir qram paxıllıq. Zamanla bu ehtiyaclar çoxalır. Hər zamankından daha çox. Var yeni dünya ama yox əvvəlki yaxınlıq. Və böyüdük. Yeni bir dünya, yeni insanlar.. Əvvəlkilər daha sıxıcı. Yenilər ödəyir ehtiyacları. Məni güldürür, mənimlə əylənir. Amma bunlar da keçicidir hələ mən bilmirəm. Daha da böyüdük daha maraqlıdır dünya, ehtiyaclar daha da çoxalıb, cinsiyyət seçir gözlər. Ağlamaq, gülmək hisslər qarışıb. Allahı unutmuşam. Çünki sərf etmir Onu düşünmək. Mən axı sərbəst, mən axı ən gözəl. Mən olmasam həyat mənasız. Qaydaları sevmirəm. Mən axı ideal. Mən olsam bunu edərdim, mən olsam onu edərdim. Yox yox onu etməzdim) Hərnəysə bu günah deyil, o da günah deyil. Çünki mən gözələm. Çünki idealam. Çünki başqaları səhv edirsə mən silirəm, amma onlar silməsinlər. Allah yoxdur daha. Daha uşaq deyiləm. İnanmıram məndən güclü heçnəyə mən.

Və yaş artır. Artıq biri var, ama o məni yox sevir başqasın. Nə qədər cəhd etsəm də heçnə alınmır. Həyat sıxır məni, çünki alınmır. Başqaları onunla müqayisə olunmur. Çünki o ən gözəli. Çünki o mənim Həvvam. Yox yox.. Leylam. Həvva yoxdur axı unutmuşam. Mən axı inanmıram. Amma darıxıram. Dünənim necə keçdi heç xatırlamıram. Bugün yenə o var xəyalımda, sabahımsa yenə məlum: bugünümlə eyni. Sabah isə bugünü unudacam, çünki sabahlar daha vacib. 
Xoşbəxt günlər gələr çatar. Oğlan başqasın sevər və qız tək qalar. Bir daha cəhd edərəm və alınar. Gecələr sadəcə o, gündüzlər sadəcə o. Onun üçün çalışaram və sadəcə o. Zaman gəlir və biz evlənirik. Hisslər qatılaşır, çünki biz söz veririk. Əbədiyyən bir olacaq və ayrılmayacağıq. Varsa əgər əbədilik. Ata ana baş üstündə yenə, suallar eyni yerə çıxır: hanı bəs nəvə?
O da olur axırı. Hamı xoşbəxtdi. O yeni körpə bu statusu təzədən yazdıracaq. Yox mən dayanım. İstəyən bir də oxuyar.

Və yaxud davam edək. İndi mən atayam. İndi əlini uzadan mənəm. Ama mən fərqliyəm. Mən heçvaxt uzağa getməyəcəm. O əl hər daim balamın yanında olacaq. Mən atam deyiləm. İllər keçir, dəyişir həyat, daha gözəl həyat istəyir ailə. Balamın yeni telefonu, xanımın baxımı.. Əsəblər də artacaq, çünki hərşeyə əlim çatmır. Uzada bilmirəm daha əlimi. 
Kömək gözləyirəm, ama olmaz. Çünki mən idealam. Çünki başqalarına olar, mənə olmaz. Amma mən artıq deyiləm sərbəst, mən artıq olmasam da olar. Bəs məndən sonra? Balam da olacaq ideal ? Alacaq birgün birin. Mən deyəcəm hanı nəvə. O deyəcək:
Bəsdir görək. Yaşamaq istəmirəm sənin kimi, olmayacam birgün peşman. Seçəcəm mən rahatı hər il başqa biri. Həyatdan həzz alacam. Olacam xoşbəxt insan.
Və mən düşünürəm: budur mu ideallıq. Budurmu bəs reallıq. Mən nəyəm, bəs mən kiməm. Olmasam da olar. Bəs bir zamanlar? Mən ideal, mənsiz olmaz həyat deyirdim. Bugün mən heçkiməm. 
Amma yanımda yenə o gözəl qız. Hansı qız.. Sevdiyi başqasını seçdi deyə, cəmiyyətdə söz söhbət olmasın deyə məni seçən qız. Amma mənim yanımda balam var. Zamanla fərqli düşünən, mənəm mənəm deyən balam. Amma mənim yanımda valideynlərim var. Yox yoxdular. Əl uzadan son insanlar da getdilər. 
Yaş artıq çox artdı. Dərmanlar yaxın dostum. Onlarsız birgünüm də olmasın. Yoxsa nə edərəm?
Gəldik sona. Mən artıq heçkim. O qız öldü. Balam artıq xaricə qaçıb. Təqaüdüm komunala ancaq çatır. Hər ürəyim bərk döyünəndə, hər gözüm qaralanda: Ay mən özümə kömək olum demirəm. Demirəm ay gözəl qız mənə kömək ol. Rəhmətlik ata ana mənə kömək ol demirəm. Demirəm xəstə atasını tək qoyan balam kömək et. Cinsiyyət ayırmağa başladığım zamanlarda inanmağı buraxdığım və artıq o hisslərin önəmsiz olduğu zamanda yenidən yada düşən Allahdan kömək istəyirəm. Sən özün kömək ol. Bütün əllər getdi. Bütün hisslər getdi. Bir sən qaldın. İlk anda sən vardın və son anda yenə sən varsan. Artıq inanıram və bəlkədə gecdi. Yox yox heç gec deyil. Səni mən hiss edirəm. Görən dəli deyir ama mən səni çox sevirəm.

Xəyallar daimidir, amma həyat sıxıcıdır. Həyat gözəl olsaydı, xəyallar qurmazdıq. Keçmiş deyə birşey də olmazdı. Gələcək isə bugün qədər gözəl olsun deyərdik.

Dəyişə bilməyəcəyimiz yeganə şey cəhd edə bilməcəyimiz şeydir. Unutmaq dəyişmək deyil. Baxmağa bir keçmiş varsa, unutmadığımız və unuda bilmədiyimiz bir həyat da var deməkdir. Ehtiyaclarla yeniliklər gəldikcə gələcək üçün yaşayırıq, bir yerdən sonra həm keçmiş, həm gələcək üçün. Bir yerdən sonra sadəcə keçmiş. Həyatın və yaşamağın nə olduğunu anladıqda gec olmasın əsas odur. Sadəcə başqaları üçün və başqaları ilə yaşayaraq, özümüzü unutduqca, uşaq ikən olan o böyük qəlbimiz zamanla kiçildikcə, paxıllıq və eqo həyatımıza daxil olduqca, sevgini itirdikcə, biz insanlıqdan çıxdıqca, əvvəl toxunanda utanan biz, artıq toxunmaq üçün, ehtiras üçün qarşıdakını süzdükcə, biz mundarlaşdıqca, biz saflığımızı satdıqca, biz başqaları gülür deyə güldükcə, biz yıxılanın yanından düz keçdikcə... ... .

Birgün anlamaq. Bəs niyə bugün yox.

Bu İçeriğe Tepki Ver (en fazla 3 tepki)

Facebook Yorumları