Evli qadınlar üçün xoşbəxtlik sirləri
Evli qadınlar üçün xoşbəxtlik sirləri

Evli qadınlar və evlənmək üzrə olan xanımlarımız üçün, xoşbəxtliyə dair təkliflər təqdim edirik...

Buyurun həyat yoldaşınızı xoşbəxt etmənin yolları!

- İstəklərinizi həyat yoldaşınıza dəfələrlə söyləyib onu bezdirməyin, əmrlər etməyin, dayanmadan qayınananızı şikayət etməyin.

- Əgər ev xanımısınızsa, həyat yoldaşınızı qapıda gülər yüzlə qarşılayın. "Xoş gəldin canım!" deyin. Kefsiz bir sifətlə qapını açıb, ərinizin əhvalını pozmayın.

- Həyat yoldaşınızın yanında saçlarınızda biqudilərlə gəzməyin. Gecə yatarkən, yüzünüzə maska çəkməyin.

- Həyat yoldaşınıza hər dəqiqə qohumlarını, xüsusən də anasını şikayət etməyin. Gələcəkdə özünüzün də bir qayınana olacağınızı heç bir zaman unutmayın.

- "Filankəsin əri belə edir, elə edir" deyərək, başqa kişiləri həyat yoldaşınıza nümunə gətirməyin. O kişilərlə evli olan qadınların kim bilir nə cür dərdlərinin olduğunu düşünün.

Əriniz qapıdan içəri girər-girməz: "Kran su damladır", "Bu şkafın qapağını neçə vaxtdı təmir etmədin", "Ayaqqabımı təmirçidən götürməyi yenəmi unutdun?" deməyin. Bunları söyləmək üçün, uyğun bir zamanı gözləyin.

- Hər ad gününüzdə, evlənmə ildönümünüzdə, Sevgililər Günündə, Yeni ildə, həyat yoldaşınızdan mütləq bir hədiyyə gözləməyin. Həyat yoldaşınız evi necə dolandıracağını düşünərkən, sizin ondan ikidə-bir hədiyyə gözləməniz bir az insafsızlıq olmazmı?!

- Həyat yoldaşınıza tez-tez, "Siqaretin külünə diqqət yetir", "Onu buraya qoyma" , "Bunu buraya atma" deyib dayanmayın. Kriminal rəisi kimi olmayın. Buraxın, evində rahat istirahət etsin.

- Qızıl, gümüş marağınızdan imtina edin... Həyat yoldaşınız pul çətinliyi çəkərkən, bir də siz onu xərcə salmayın. Zinət ehtirasınızı məğlub etməyə çalışın.

- Bir istəyinizi 10 dəfə söyləyib, həyat yoldaşınızı bezdirməyin.

- Həyat yoldaşınızla birlikdə iş yeməyinə çıxan qadınları qısqanmayın.

- Çörək üçün, pendir üçün, daha nələr üçün həyat yoldaşınızı marketə tez-tez göndərməyin. Ətraflı düşünüb, siyahınızı hazırlayın.

- Özünüzü sevməlisiniz

- Həyat yoldaşınızın ciblərini qarışdırmayın, köynək yaxalarında pomada izi axtarmayın.

- Həyat yoldaşınızı, izlədiyi seriallardakı gözəl qadınlardan, oxuduğu qəzetdəki yarı çılpaq qadın fotoşəkillərindən qısqanmayın. Siz heç izlədiyiniz serialdakı bir aktyora vurğun olmadınızmı?

- Futbol izlərkən, "Bezdim sənin bu futbol marağından" deməyin.

- Televiziyada gördüyünüz gözəl manekenlərə, müxbirlərə baxıb bənzəmək üçün kilo verəcəyəm deyə ac gəzməyin. Çünki kişilər, öz bədənini sevməyən qadınlara dözə bilməzlər.

- Dəcəllik, edən oğulunuza hirslənib, həyat yoldaşınıza "Eynən sənsən!" deməyin.

- Həyat yoldaşınıza arada bir "Səni sevirəm" deyin.

- Saçınızı kəsdirdiyinizdə sizdəki dəyişikliyi fərq etmirsə, kişilər ümumiyyətlə belə şeyləri fərq etməzlər, inciməyin.

- Gülümsəyərək, "Necə olmuş saçlarım həyatım, bəyəndinmi? " deyə sual verin.

YOUR REACTION?

Facebook Conversations