“Dünyanın ilk günü” Beyazıt Akman
“Dünyanın ilk günü” Beyazıt Akman

Beyazıt Akman bizlər uçun bir qədər tanış olmadığı uçun gəlin ilk öncə görək bu cavan oğlan kimdir.
Beyazıt Akman 1981-ci ildə Turkiyəde doğulub ama buralar abimizə dar gəldiyi uçun 6 ildir ki Amerikada yaşayır.
oxuduğu universitetləri isə say say bitməz.
Boğaziçi Üniversiteti ve Orta Doğu Teknik Üniversitesti, Illinois State Üniversiteti. Aynı üniversitetdə hələdə İngiliz ədəbiyatı ve İslam üzərinə dərs verir.bir sözlə abimiz sırf tarixçidir həyatını bu işə adayıb.Abimizin Facebookda olduğunu görub həmən dostluq atdim saq olsun hələ qəbul etməyib
“Dunyanın ilk gunu” əsəri isə seriya halındadır bu ilk hissəsidir.
Kitabda nədən bəhs edir.
İlk baxışda sujet olaraq sadə mövzudur.Fatih Sultan Mehmetin uşaqlıqından tutmuş Konstantinopolun fəthinə gedən yolu izah edir.Amma nə cur?
Mən hər zaman demişəm ki, əsl yazar odur ki,ən sadə məsələni də yuksəklərə qaldırıb sözun əsl mənasında əsər yaradmasıdır.
Beyazıt abimiz də bu əsərdə məhz bu cur edib.
Mövzunu tək bir mustəvidə aparmayaraq şaxələndirib yəni turklər demiş tək Mehmetin Konstantinopolu fəth etməsinə odaklanmayıb.sanki Fəth onun uçun önəmli deyildə digər mövzular daha önəmlidir.
digər mövzular dedikdə bura dini bilgilər,o dövrun insanlarının xarakteri,sarayda işləyən mexanizm,o dövrdə ədəbiyyata verilən dəyər.
Yazar əsərində insanlara çatdırmaq istədiyi sətiraltı mesaj çox incədir.
Abimiz demək istəyir ki, dövlət,mədəniyyəti,ədəbiyyatı,sənəti olmadan olmadan ne ayaqda qalar.nəinki haranısa fəth etmək,öz torpağını belə əlində saxlaya bilməz.
yeqin çoxumuz “Fetih 1453” filminə baxmışıq bu əsərdə eynən o filmin sujet xəttinə sahibdir amma o filmin səviyyə baxımından 10 qat uzərində bir əsərdir.Mən elə bilirdim o filmi de bu əsər əsasında çəkiblər ama bildiyim qədəri ilə deyilmiş.
Duşunurəm ki, doğurdan da 18.200.000$’lıq xərc çəkib film yaradasn amma bir kitab etməyə.
Ayrıca istər istəməz bu əsəri öz yazarlarımızlada muqayisə etdim.Məsələn F.Kərimzadənin “Xudafərin körpusu” ama səviyyə fərqi açıq aşkar özunu biruzə verdi.Bunun özunə görə muxtəlif səbəbləri də ola bilər muasir yazarların əlində imkanların daha çox olması,araşdırmanın asan olmasıda öz təsirini göstərə bilər.
son söz olaraq deyim ki, kim tarixlə,dinlə,ölkə mədəniyyətləri ilə,bir sözlə kim intellektual səviyyəsini daha da inkişaf etdirmək istıyirsə bunu mutləq oxusun.
Kitaba gore isə dəyərli abilərdən olan Fariz abimə öz dərin minnətdarlığımı bildirirəm ki,bu gözəl əsərlə tanış olmağıma yardımcı oldu.
unutduğum bir nuansı da qeyd edim ki, əsər 51,000 nuxse ilə satışa çıxaraq dəfələrlə nəşr olunub.Duşunə biilirsinizmi 51.000?? məncə yazımı burda bitirim artıq sözə ehtiyac yoxdur Bayram gunu qanımızı qaraltmayaq.Umid edək ki,nə zamansa bizdə də belə olacaq.

Emin Səfərov

YOUR REACTION?

Facebook Conversations