Corc Martin “Buz və odun nəğmələri” birinci kitab “Taxt döyüşləri”
Corc Martin “Buz və odun nəğmələri” birinci kitab “Taxt döyüşləri”

Corc Martin bizdə elə də məşhur olmasa belə,dünya şöhrətli amerikalı yazıçı-fantastik,senarist,prodüsser,redaktor. 

Kitabını oxuduğum əsərlərin birmənalı olaraq filmlərinə baxmıram,amma filminə baxdığım əsərlərin ktiablarını oxumağı sevirəm. Filmlərdə adətən kitabda olduğundan daha az məlumat olurvə kitabların gözlə göstərər bilmə şansları olmadığından məcburdu təsvir,xəyal gücünü işə salmaq üçün daha çox məlumat versin. Ona görə kitablar həmişə bir addım filmlərdən öndə durur.
Təsadüfən baxmağa başladığım bir serial “Taxt oyunları”. Ümümiyətlə baxdığım film və seriallar içində beləsinə az rast gəldiyimi deyə bilərəm. Əla bir serial,əla sujet xətti,aktyor heyəti, falan filan. Və başqa filmlərdən(oxu əsərlərdən də) əsas fərqlərindən biri,baş qəhrəman saydıqlarımızın hər an ölə bilmə ehtimalı. Heç cürə əmin olmaq olmur ki,sənin sevimli personajının başı beş dəqiqə sonra bədənindən ayrılacaq ya yox.
Serialın çox xoşuma gəlməsi nəticəsində xəzinənin mənbəyinə yola çıxdım və aydin oldu ki serial Corc Martinin “Buz və odun nəğmələri” adlı fantezi seriyası əsasında Corc Martininin elə özünün də köməyi ilə çəkilir.
Seriya yeddi kitabdan ibarət olacaq,hansi ki hələlik beş kitab işıq üzü görüb.Axırınci kitab 2018 ci il üçün nəzərdə tutulub,ümüd edirəm müəllif dirəşıb o vaxta kimi ölməz.
İlk kitabi axır ki oxuyub bitirdim. Kitab haqqinda deyil də umumi seriya haqqında danışmağa dəyər. Yazar xəyal gücü ilə yeni bir dünya yaradıb. Analoqu olmayan,xəyal gücünün sərhədlərinə gedib çıxan.
Hadısələr bir biri ilə gec tez kəsişməli olan üç paralele xətt üzrə davam edir. Hadisələr biri, az çox orta əsirlərin krallıqlarına bənzəyən Vesteros adlanan bir materikin özündə, digəri şimalda buzdan tikilmiş divarda və onun şimalında digəri isə şərq materiki Essosda baş verir. Və eyni zamanda müəllif keçmişdə olanlar haqqında da məlumatlar verir.
Hadisələrin əsas mərkəzini Vesteros materiki və orda birləşmış krallığın taxt tacı üstündə gedən hiylələr,fitnə oyunları,müharibələr saymaq olar. Digər tərəfdən taxtın əsil qanuni sahiblərinin geri qayıtmaq istəməsi(Essos) və həmçinin şimaldan gələn və bütün taxt tacdan da vacib olan qaranlıq qüvvələr.
Dayanmadan maraqla oxuna bilən bir əsərdı .Və müəllifin bu qədər hadisəni,həyatları necə hardan uydurmağı təccübbə və təqdirəlayiqdi. Saysız hesabsiz yeni adlar,yeni materiklər,canlı varlıqlar, hətta yeni dil. İllərlə davam edən fəsillər,12 min ilik tarixə malik materik,meşənin uşaqları,andallar,lordlar,cəngavərlər,hakim ailələr,onların təbəələri,dağ adamları,vəhşilər,iri canavarlar,əjdahalar,dirilən ölülər və sair…amma bunlar nağıl kimi deyil də sanki alternativ bir reallıq kimi insanın beynınə işləyir. Corc Martin nə çəkir bilmirəm,amma ondan mən də məmmnuniyyətlə istəyərdim.
Xoş mütaliələr.
P.S. Təssüf ki yazar hələ ki Azərbaycan dilinə tərcümə olunmayıb.

Fəxri Məmmədov

YOUR REACTION?

Facebook Conversations