Ceyn Ostinin “Qürur və qərəz” əsərindən seçmələr
Ceyn Ostinin “Qürur və qərəz” əsərindən seçmələr

“Xoşbəxtliyə ən doğru yol sağlam düşüncəyə etinasızlıqdır”. 

“Xanımlar vaxtaşırı öz qəlblərini sındırmağı xoşlayırlar – demək olar, ərə getmək kimi”.

“Bir adama görə dürüstlük və ləyaqətə olan baxışlarınızı dəyişmək olmaz”.

“İnsan qürurlu olub şöhrətpərəst olmaya bilər. Qürur daha çox bizim özümüz haqda fikirlərimiz, şöhrətpərəstlik isə başqalarının bizim haqda olan, daha doğrusu olmasını istədiyimiz fikirləri ilə bağlıdır”.

“Yalnız dərin hisslər məni mehraba sürükləyə bilər, bu səbəbdən qarıyıb qalacam”.

“Kişini cəzb etmək üçün qadının istifadə etdiyi hər üsul iyrəncdir. Hiyləgərliklə yoğrulan hər şey iyrəncdir”.

“Evliliyi çıxsaq, hər xanımın ən çox xoşladığı şey vaxtaşırı uğursuz məhəbbətdən əzab çəkməkdir. Bu onun fikirlərini məşğul edir və rəfiqələrinin gözündə ona maraq qatır”.

“Qadın təxəyyülü necə sürətlidir! O bir dəqiqənin içində adi təqdir edilmədən məhəbbətə, məhəbbətdən evliliyə tullanır”.

“Süni təvazökarlıqdan aldadıcı heç nə yoxdur. Onun altında çox vaxt başqalarının fikirlərinə laqeydlik və bəzən də maskalanmış lovğalıq gizlənir.
Məncə mən heç vaxt müdriklik və xeyirxahlığa lağ etməmişəm. Axmaqlıq və ədabazlıq, şıltaqlıq və məntiqsizlik mənə gülünc görünür. Və buna müyəssər olanda onlara gülürəm də”.

“Əsl zəkaya sahib kəs qüruru həmişə lazım olan sərhəddə saxlaya bilir”.

“- Sizin zəifliyiniz insanlara nifrət etmək amadəliyidir.
– Sizinki isə qəsdən onları başa düşməməkdir”.

“Dağlar da insanlar da dağıla bilər. Hərçənd insanlar öz lovğalığı və axmaqlığı ucbatından…”

“Təkəbbür zəifliyi gizlədir”.

“Əlbəttə, əsl məziyyətlərimin nədən ibarət olduğu heç ağlınıza da gəlməyib. Zira aşiq olanda onlar haqda heç düşünmürlər də!”

“Nə demək olar, o, xoşagəlimlidir. Bununla belə, qəlb rahatlığımı pozmaq üçün kifayət qədər yaxşı deyil”.

“Onun qürurunu həvəslə bağışlayardım, əgər mənimkinə toxunmasaydı”.

“Qarşında müəyyən məqsəd olanda məsafəyə fikir vermirsən”.

“Siz onunla yaxından tanışsınız?
Daha yaxından tanış olmaq istəməyəcək qədər”.

“Nifrət etməyə hazırlaşdığın insanı xoşagəlimli hesab etmək – bu, bəlkə də ən böyük bədbəxtlik olardı”.

“Bu dünyada məhəbbətimdən faydalanan az adam var. Həqiqətən hörmət etdiklərim isə ondan da azdır. Dünyanı müşahidə etdikcə, ondan daha az xoşum gəlir”.

“Heç bir şirnikləndirmə olmadan sevən, ürəyiaçıq adamlar çıraqla axtarılan qədərdir. On haldan doqquzunda qadın həqiqətdə olduğundan daha çox sevdiyini göstərir”.

YOUR REACTION?

Facebook Conversations