Ballı-almalı tort-muss resepti

Tərkibi:

Biskvit üçün:

● Un (buğda) - 150 qr.

● Yumurta (toyuq) - 3 ədəd

● Rəndələnmiş qabıq (limon) - 0.5 ədəd

● Vanil şəkəri - 1 ç.q.

● Toz (qabartma) - 1 ç.q.

● Şəkər tozu - 150 qr.

● Ləpə (badam) - 50 qr.

● Darçın - 0.5 ç.q.

● Bal - 2 x.q.

İçlik üçün:

● Şirə (limon) - 0.5 ədəd

● Alma - 700 qr.

● Bal - 3 x.q.

Krem üçün:

● Süd (qatılaşdırılmış) - 200 qr.

● Su - 50 ml.

● Qaymaq (çox yağlı) - 400 ml.

● Jelatin - 2 ç.q.

Hazırlanması:

1) Formanın dibini və böyürlərini perqament kağızı ilə örtün;

2) Un və qabartma tozunu (və ya çay sodası) qatın və ələkdən keçirin. Badamı blenderdə üyüdün;

3) Yumurtanı şəkərlə ağarana qədər çalın, sonra çalmağa ara vermədən bal, un, darçın, rəndələnmiş limon qabığı, vanil əlavə edin və çalın;

4) Xəmiri formaya tökün. 180°С qızdırılmış SOBAda 40 dəq. bişirin. Hazır olmasını diş çöpü ilə yoxlayın;

5) Hazır biskviti formada soyudun. Sonra çevirib çıxardın və kənara qoyun;

6) Biskvitin yuxarısını səliqə ilə kəsin və formanın içərisinə qoyun;

7) İçlik: almaların qabığını soyun, xırda kub şəklində doğrayın. Qazana tökün;

8) Bal, limon şirəsi əlavə edin və 10-15 dəq. bişirin. Arabir qarışdırın. Alma yumşalanda ocaqdan götürün. İsti halda biskvitin üzərinə tökün (şirəsi ilə birlikdə), hamarlaşdırın və tam soyudun;

9) Krem: jelatini suda açın. Qızdırın, azacıq bişirin, amma qaynatmayın. Marlidən süzün, soyudun. Qaymağı çalın, qatılaşdırılmış süd əlavə edib, aşağı sürətlə çalın, axırda jelatini də əlavə edib 1-2 dəq. çalın;

10) Soyumuş almaların üzərinə kremi tökün, hamarlaşdırın və soyuducuya qoyun. 3-4 saat və ya 1 sutka soyuducuda saxlayın. Zövqə görə tortu bəzəyin.

Bu İçeriğe Tepki Ver (en fazla 3 tepki)

Facebook Yorumları