Ananaslı tort resepti

Tərkibi:

biskvit:

7 yumurta

200 q şəkər tozu

120 q un

75 q kartof nişastası

vanil

krem:

600 ml süd

5 x.q. un

1 x.q. nişasta

200-300 q kərə yağı

150-200 q şəkər pudrası

vanilli şəkər

100 q ağ şokolad

əlavə:

1 banka ananas konservi

Hazırlanması:

Yumurta ağlarını sarılarından ayırın. Yumurta ağlarını çalın, az-az şəkər tozunun yarısını əlavə edin. Möhkəm köpük alınanadək çalın. Yumurta sarılarını yerdə qalan şəkər tozu ilə ağarıncayadək çalın.

Unu nişasta və vanillə qarışdırın.

Yumurta ağlarını, sarılarını, unla nişasta qarışığını birləşdirin, qaşıqla eynicinsli kütlə alınanadək ehtiyatla qarışdırın.

24 sm diametrli formanın içinə perqament döşəyin. Xəmiri içinə tökün.

180 dərəcə qızdırılmış sobada hazır olanadək bişirin.

Korju formadan çıxarıb soyudun.

Soyumuş korju 3 yerə bölün.

300 ml südü qaynadın.

Qalan 300 ml südü ləyənə tökün, un qatıb yaxşıca qarışdırın, lopa qalmasın.

Qaynayan südə əlavə edin.

Dayanmadan qarışdıraraq qaynara düşməsini gözləyin, bundan sonra 3-5 dəqiqə, qatılaşanadək bişirin.

Ocaqdan götürün.

Ağ şokolad əlavə edin, əriyənədək qarışdırın.

Kremi otaq temperaturunadək soyudun, hərdən qarışdırın ki, üzündə qazmaq əmələ gəlməsin. Daha qatı olacaq.

Otaq temperaturunadək soyuduqda mikserlə çalın.

Mikserlə otaq temperaturunda olan yağı da ayrıca çalın. Şəkər pudrası və vanil əlavə edib yenə çalın.

Südlü qarışıqla birləşdirib sonuncu dəfə çalın. Krem hazırdır.

Korjlara ananas konservinin şərbətini hopdurun.

Birinci korjun üzərinə krem çəkib xırda ananas dilimlərini düzün. Yenə krem çəkin. İkinci korju qoyun + krem + ananas + krem + üçüncü korj. Tortun üzərinə və kənarlarına krem çəkin. Zövqə görə bəzəyin.

Bu İçeriğe Tepki Ver (en fazla 3 tepki)

Facebook Yorumları