Absurd Teatr nədir?

Absurd teatr Qərbi Avropa dramaturgiyasında və teatrında XX əsrin ortalarında başlayan absurd hərəkatdır.

Absurd pyeslərində mənasız dünya, məntiqdən uzaq qarışıq faktlar, sözlər, taleler təsvir olunur. Absurdizm daha çox rumın-fransız dramaturqu Ejen İoneskonun “Keçəl müğənni” (1950) və irland yazıçısı Samuel Bekkettin “Qodonu gözləyərkən” (1952) dramlarında təcəssüm olunub.

“Absurd teatr” termini ilk dəfə 1962-ci ildə teatr tənqidçisi Martin Esslin tərəfindən işlədilmişdir. Absurd teatrın kökləri 1910-20-ci illərdə avanqard sənəti, dadaizm fəlsəfəsinə kimi gedib çıxır. Kəskin tənqidlərə baxmayaraq, bu janr İkinci Dünya müharibəsindən sonra böyük uğur qazandı. Bu yeni termin tənqidlərə məruz qaldı, hətta onu “anti-teatr” adlandırmağa başladılar. Esslinin fikrincə, absurd teatr 4 dramaturqun istehsalından ibarət idi: Ejen İonesko, Samuel Bekkett, Jan Jene, Artur Adamov. Lakin o vurğulamışdı ki, onların hər biri özünəməxsus “absurd” termini çərçivəsindən çıxırdılar.

Bu teatrın görkəmli yazıçılarıdan Alber Kamyu, Tom Stoppard, Fridrix Dürrenmatt, Harold Pinter, Eduard Albi, Jan Tardiö, Alfred Cerri, Luici Pirandello, Stanislas Uitkiviç, Quillom Apolliner adını çəkmək olar. Absurd teatr böyük ehtimalla Parisdə avanqard fenomeni kimi yaranıb, sonra isə dünya səviyyəsində tanınmağa başlayıb.

Absurd teatr real personajları, hadisələri və digər teatra məxsus texnikaları inkar edir. Yer və vaxt təyin olunmur, qarışıq hadisələr, mənasız intriqalar, təkrarlanan dioloqlar və məqsədsiz danışıqlarla zəngin olur. Məqsəd insanlarda inanılmaz, bəlkə də dəhşətli bir əhval oyatmaqdı.

Bu İçeriğe Tepki Ver (en fazla 3 tepki)

Facebook Yorumları